Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin təhqiqatına başlanılıb.
İndex.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisi və prokurorluğun nümayəndələri gəlib.
Səbəblərin müəyyənləşdirilməsi davam edir, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsi (“Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması”) üzrə məhkəməyə qədər təhqiqata başlanılıb.