Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Aktau şəhəri yaxınlarında Azərbaycan Hava Yollarına aid təyyarənin qəzaya uğramasını böyük kədərlə öyrəndik”, – Ərdoğan qeyd edib.
O, iki qardaş ölkəyə başsağlığı verib.
***
Rusiya prezidenti Vladimir Putin Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.