AZ

Polis pirotexniki vasitələr satan 17 nəfəri saxladı

Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Paytaxtın Sabunçu, həmçinin, Ağdaş, Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Son Yazılar:

Pirotexniki vasitələrin satışı ilə bağlı 17 nəfər saxlanılıbPirotexniki vasitələrin satışı ilə bağlı 17 nəfər saxlanılıbPirotexniki vasitələrin satışı ilə bağlı 17 nəfər saxlanılıb

Seçilən
0
9
viral.az

10Mənbələr