AZ

Yumurtanın bahalaşmasının səbəbiAÇIQLANDI

Son günlər istehlak bazarında yumurtanın qiymətində artım müşahidə olunur. Belə ki, bir neçə gün əvvələdək marketlərdə 12-14 qəpiyə satılan broyler yumurtası artıq 18-22 qəpiyə təklif olunur.

Maraqlıdır, qiymətlər bayramqabağı olduğu üçün qalxıb?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, bahalaşmanın bayrama heç bir aidiyyəti yoxdur:

"Zatən bayramdan qabaq yumurta bahalaşırdı. Avqust, sentyabr aylarında hətta 8-9 qəpiyə yumurtalar var idi. Amma indi mütəmadi bahalaşıb, noyabrda, dekabrın əvvəllərində isə 16-17 qəpik idi. Bunun Yeni illə heç bir bağlılığı yoxdur".

Manata

İqtisadçının sözlərinə görə, bahalaşma bazara çıxarılan yumurtanın həcmi ilə əlaqədardır:

"Azərbaycanda gündəlik yumurta istehsalçıları 4 milyon yumurta istehsal edirlər. Ölkənin tələbatı isə gündəlik 3 milyondur. Yəni ölkədə yumurta istehsalçılarının tam tələbatını qarşılamaq gücü var. Amma zaman-zaman məhsulları bazara çıxardırlar və tələbat aşağı düşəndə yumurtanın kəskin ucuzlaşması baş verir. Yumurta istehsalçıları üçün də bunu ucuz satmaq sərf eləmir, ziyanlıdır. Ona görə də bazarı tənzimləyirlər və bazarın tələbatına uyğun məhsullarını çıxarırlar. Burada sadəcə inkubatorlar, yumurta istehsalı ilə məşğul olan şəxslər özləri üçün əlverişli qiymət formalaşdırırlar".

Sevinc İBRAHİMZADƏ

Seçilən
6
redaktor.az

1Mənbələr