AZ

Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluğu 76%-ə yaxındır

Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluq səviyyəsi 76%-ə yaxındır.

Fins.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir ki, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 75,65% təşkil edir. Bu, son beş il ərzində bu tarix üçün orta göstəricidən 2,98 faiz bəndi azdır.

Hazırda anbarlardakı qazın ümumi həcmi 84 milyard kubmetrə yaxındır.

Qeyd edək ki, Avropada istilik mövsümü 2024-cü ilin oktyabrın 29-da başlayıb, bu isə ötən payız-qış mövsümündən 10 gün tezdir. Bu dövr ərzində Aİ ölkələri anbarlardan 23,5 milyard kubmetrdən artıq qaz çıxarıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
5
1
fins.az

2Mənbələr