AZ

Sabirabadda 1000-dən çox Xan çinarı əkilib, 1 tondan çox palıd toxumu səpilib

Sabirabad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib, 1 hektar ərazidə yeni yaşıllıq zolağı salınaraq Xan çinarları əkilib.


Ekologiya.az xəbər verir ki, Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində keçirilən aksiya Sabirabad rayon meşəbəyliyinin 2 saylı meşə dolayında gerçəkləşib. Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəsmiləri, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Yusif Məmmədovun sözlərinə görə, 1 hektar ərazidə yaşıllıq zolağı salınması üçün ərazidə təmizlik işləri görülüb. Aksiya zamanı 1250 ədəd Xan çinarı əkilib. “Mərkəzin əhatə etdiyi ərazilərdə hər il yaşıllıq zolaqlarının artırılması və meşə zolaqlarının qorunması üçün lazımi tədbirlər görülür. Cari ildə isə yaz mövsümü zamanı 60 hektar, payız mövsümündə 65 hektar ərazi olmaqla, ümumilikdə, 80 mindən çox ting əkilib və 1 tondan çox palıd toxumu səpilib.

Seçilən
5
1
ekologiya.az

2Mənbələr