AZ

156 mindən çox müraciət daxil olub



2024-cü təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 156 270 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Newscenter.az xəbər verir ki, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 86 913 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 3 423 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 35 031 müraciət daxil olub.

30 903 sənəd (vətəndaşlar tərəfindən 8 474 ərizə, 4 654 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 092, digər qurumlardan 2 779, tabelikdə olan təhsil müəssisələrindən 6 499 məktub və 4 405 kadr ərizəsi) qəbul olunub.

Ruhiyyə Mehdiyeva
Seçilən
19
newscenter.az

1Mənbələr