AZ

Malas qardaşları 13 il sonra Dəməşq teatrında

Suriyada 61 yaşlı Baas rejiminin zülmündən Fransaya qaçan suriyalı teatr aktyoru əkiz Malas qardaşları Dəməşqdə tamaşaçılarla görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Malas qardaşları suriyalı qaçqınların Qərbdə üzləşdiyi problemlərdən bəhs edən tamaşa hazırlayıblar.

Suriyalı qardaşların Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı ilk teatr tamaşası Hiyam Teatrında nümayiş olunub.

Final səhnəsində aktyorlar üç ulduzlu yeni Suriya bayraqları olan köynəklərlə səhnəyə çıxıblar.

Onlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşaçılar həmçinin Suriya inqilabı şüarları səsləndiriblər.

Onlar tamaşanın başlamasını gözləyən tamaşaçılar qarşısında çıxışında Bəşər və Mahir Əsəd qardaşlarının “qorxaqcasına qaçdıqlarını” bildirib. Çıxış alqışlarla qarşılanıb.

Seçilən
7
cebheinfo.az

1Mənbələr