Qəzaya düşən təyyarənin düşməzdən əvvəl görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, qəza baş verməzdən bir neçə dəqiqə əvvəl sərnişinlərdən biri vəziyyəti görüntüyə alıb.
Görüntülərdən sərnişinlərin təlaş içərisində olduğu açıq hiss olunur.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza səbəbilə dekabrın 26-sı Azərbaycanda matəm elan olunub.
İnqilab Məmmədov
Milli.Az