AZ

Azərbaycandan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan DANIŞDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bəs Azərbaycan vətəndaşları adətən Qroznıya nə üçün gedirlər?

Məsələ ilə bağlı Modern.az-a danışan Çeçenistandakı Azərbaycan diasporunun sədri Ələsgər Əzizov bunları deyib:

"Burada çoxdan yaşayan azərbaycanlıların sayı azdır. Lakin bura 5-6 ay işləmək üçün gələnlər olur. Onlar da əsasən tikintidə çalışanlar, toyxanalarda ofisant, aşpaz işləyənlərdir.
Bakı-Qroznı arasında iki təyyarə reysi olur. Əvvəl təyyarə Bakıdan bura uçur, burada həmin təyyarə 1-2 saat gözlədikdən sonra geriyə Bakıya dönür.

Burada Bakıdan, Sumqayıtdan adamlar çalışır. Bu gün onlarla əlaqə saxlamışam. Ofisant, aşpaz kimi işləyənlər əsasən Zaqataladandırlar. Lənkəran və Astaradan olanlar da var. Bəzi 30-40 yaşlı azərbaycanlılar da var ki, elə burada anadan olub, yaşayırlar. Onlar da əslən Göyçaydandırlar".

Müsahibimiz qeyd edib ki, 9 nəfərin öldüyü ilə bağlı ona dəqiq məlumat verilib:

"Onlardan 8-i Zaqataladan, 1 isə Sumqayıtdandır. 2 nəfər balakənli isə sağdır".

Ə.Əzizov onu da vurğulayıb ki, Bakıya qayıtmalı olan Qroznıdakı sərnişinlər hazırda otelə yerləşdirilib. Əlavə təyyarə təmin edildikdən sonra onlar avtobusla aeroporta gətiriləcək.

Seçilən
8
4
turkustan.az

5Mənbələr