Sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının və Azərbaycan Kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlum olduğu kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Bununla əlaqədar olaraq, sabah keçiriləcək Yüksək Liqanın 8-ci turunun və Azərbaycan Kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Yeri gəlmişkən, Azərbaycan Kubokunun ilkin mərhələsinin oyunlarına təyinatlar da açıqlanıb. Həmin oyunların təyinatları aşağıdakı kimidir:
Azərbaycan Kuboku
İlkin mərhələ
26 dekabr
Ulduz – Dəstə Ordubad
Hakimlər: Əli Cəbrayılov, Hacıəli Ağayev, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 20:00.
Çarşı Bakı – Delta
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Ramil Namazov.
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Olimpik Star”. Saat 21:00.