AZ

Audiovizual Şuradan mediaya XATIRLATMA

Azərbaycan Audiovizual Şurası açıqlama yayıb.

Adalet.az xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycan Audiovizual Şurasının rəhbərliyi və kollektivi "Azərbaycan Hava Yollarına" məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir.

26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır".

Seçilən
16
9
adalet.az

10Mənbələr