AZ

Sağ qalan sərnişin azərbaycanlı stüardessanın peşəkarlığından DANIŞDI - VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri Sübhonkul Rəhimov qəzadan danışıb. 

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bacısı Yekaterina Rəhimova ilə birlikdə təyyarədə olan Sübhankul stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.

"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.

 

 

Seçilən
10
6
bakivaxti.az

10Mənbələr