Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb
Bu barədə Qazaxıstan baş nazirinin müavini, təyyarə qəzasını araşdıran komissiyaya rəhbərlik edən Kanat Bozumbayev məlumat verib. Onun sözlərini Tengrinews sitat gətirir.
Qəzadan sonra üçü uşaq olmaqla 29 nəfər xəstəxanaya yerləşdirilib. 11 nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında 15 Azərbaycan, 9 Rusiya, 2 Qırğızıstan vətəndaşı var, daha 3 nəfərin vətəndaşlığı dəqiqləşdirilir.