AZ

AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı açıqlandı

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.

Baş nazirin müavini meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Seçilən
3
5
azpolitika.info

10Mənbələr