AZ

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğu qazaxıstanlı həmkarlarla birlikdə Aktauda təyyarə qəzasının başvermə səbəblərini araşdırır və cinayət işi üzrə istintaq aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, istintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

İclasda, həmçinin bildirilib ki, xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmaslar və birgə səylər həyata keçirilir.

 

Seçilən
13
4
azertag.az

5Mənbələr