AZ

Aktauda qəza yerində qara qutu TAPILDI

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov keçirdiyi təcili brifinq zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


“Qəza yerində qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib”, - Suleymenov qeyd edib.

Bildirilib ki, son məlumatlara görə, qəza nəticəsində 38 nəfər ölüb, sağ qalan 29 nəfər, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr