AZ

Qəzada həlak olanların identifikasiyası üzrə işlər aparılır

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında məlumat verilib.

Qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycana evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.

Seçilən
9
19
sitat.info

10Mənbələr