Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.