Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya
AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olmasına münasibət bildirilib.BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev danışıb. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.