Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev qəzaya uğrayan təyyarənin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Bozumbayev bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını deyib.
“Bura “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən olunacaq. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”, – deyə nazir vurğulayıb. /globalinfo.az/