Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakininə məxsus yaşayış evində qəfil yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə çatana qədər, yanğın evdəkilər tərəfindən söndürülüb. Yanğın nəticəsində 8 kvadratmetr tavan yanıb.
Faktla bağlı araşdırma aparılır.