Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib.

Leqal.info xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı.

Gürcüstan Hökuməti və gürcü xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda biz qardaş Azərbaycanın yanındayıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.

Zati-aliləri, Sizin və dost Azərbaycan xalqının kədərini bölüşürük.

Leqal.info