"Atalanta"nın yarımmüdafiəçisi Ederson Lourenço "Real Madrid"ə keçə bilər.
90deqiqe.Az "Defensacentral"a istinadən xəbər verir ki, "Real Madrid" 25 yaşlı futbolçunu diqqətlə izləyir, çünki klubun skautları onu çox perspektivli futbolçu hesab edirlər.
"Real" braziliyalını yeni Kasemiro kimi görür. Bildirilir ki, yarımmüdafiəçinin alınması Los Blankosa 60 milyon avroya başa gələ bilər.
Bu mövsüm Ederson bütün yarışlarda 23 matçda iştirak edib, o, iki qol vurub və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Atalanta ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.