AZ

Təyyarə qəzası: daha 5 Azərbaycan vətəndaşının kimliyi məlum olub - YENİLƏNİB

Qəzaya uğrayan təyyarədə olanlardan 15 nəfəri Balakən sakinidir.

Azreform.info APA-ya istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum olub.

Bunlar aşağıdakılardır:

1988-ci il təvəllüdlü Balakən rayonu Şambul kənd sakini Mehdiyev Yadigar Seyfəddin oğlu, 1998-ci il təvəllüdlü Balakən rayonu Şərif kənd sakini Filiyev Ramazan Nəriman oğlu, 1960-cı il təvəllüdlü Balakən rayonu Yeni Şərif kənd sakini Qoqamova Möminət Şəhmir qızı, 1969-cu il təvəllüdlü Balakən rayonu Yeni Şərif kənd sakini Yeznəyeva Rəna Abbas qızı, 2005-ci il təvəllüdlü Balakən rayonu Yeni Şərif kənd sakini Paraxov Məhəmməd Eyvaz oğlu.

***

AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon sakinləridir.

Azreform.info -ın APA-ya istinadən məlumata görə, onlardan 7 nəfəri həlak olub, 3 nəfəri isə xəsarət alıb.

Həlak olanlar - Balakən rayonu Qullar kənd sakini Tütünçüyev Mahmud Muhuma oğlu, Meşəşambul kənd sakini Anqubazova Məleykə Murtuzəli qızı, Şərif kənd sakinləri Qıstarov İbrahim Abbas oğlu, Qıstarov Rəşid Abbas oğlu, Xalatala kənd sakinləri Həmzət Muhuma oğlu, Xalayeva Hafisat Hüseyn qızı, Mahamalar kənd sakini Ömərova Leyla Vaqif qızıdır.

Xəsariət alanlar isə Dervişov Amir Tofiq oğlu, Dervişov Tofiq Ramazan oğlu, Şabanova Vəfa Cuma qızıdır.

Seçilən
3
15
azreform.info

10Mənbələr