AZ

Təyyarə qəzasında xəsarət alan yaralıların bəzilərinin SON DURUMU açıqlandı

“Xəstəxanamıza gətirilənlərdən 14 nəfəri Azərbaycan vətəndaşıdır”.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Manqistau Vilayət Xəstəxanasının şöbə müdiri Janar Baymanova jurnalistlərə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


O deyib ki, gətirilən 27 pasiyentdən 11-nin vəziyyəti ağırdır:

“Təyyarə qəzası nəticəsində alınan travmalar “politravma” kateqoriyasına aiddir. Bu o deməkdir ki, hazırda pasiyentin vəziyyəti orta ağırdırsa, istənilən vaxt ağırlaşa da bilər. Bizim xəstəxanamıza gətirilən 27 pasiyentdən 11 nəfərinin vəziyyəti ağırdır. Ona görə də Reanimasiya Şöbəsinə yerləşdiriliblər.

Qalan 16 nəfərin müalicəsi isə müvafiq olaraq Neyrocərrahiyyə və Travmatologiya şöbələrində davam etdirilir. Xəstə yaxınlarından bura gələn olsa da, təbii ki, onların yanına heç kim buraxılmır. Əlimizdə olan siyahı müvafiq qərargaha verilib.

Xəsarət alanlar və onların qohumları ilə işləmək üçün psixoloqlar cəlb edilib. Xəstəxanamıza gətirilənlərdən 14 nəfəri Azərbaycan vətəndaşıdır”.

Qeyd edək ki, bu gün AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Bizim.Media

Seçilən
1
50
bizim.media

10Mənbələr