AZ

Yaralı azərbaycanlıların sayı açıqlandı

Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin identifikasiyası üzrə iş aparılır.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Manqustau regional xəstəxanasının Tibb xidmətinin keyfiyyəti departamentinin rəhbəri Janer Baymanova bildirib.

Onun sözlərinə görə, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin müalicə müəssisəsinə gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilən 27 xəstədən 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir: "16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyyə, cərrahiyyə və travmatologiya şöbələrindədir", - deyə o, bildirib.

Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır".

Seçilən
5
3
unikal.az

4Mənbələr