AZ

Çin dünyanın ən böyük yük gəmisini sınaqdan keçirdi - FOTO

Çin qütb sularında üzə bilən 58 min tonluq yük gəmisini sınaqdan keçirib. "Fan Zhou 8" dünyanın ən böyük yük gəmisidir.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazır.

Məlumata görə, "Fan Zhou 8" dekabrın 24-də Şanxayın şərqindəki sularda "müxtəlif peşəkar sınaqlardan" sonra limana qayıdıb.

Bildirilir ki, o, Qütb Məcəlləsinin tələblərinə cavab verir. Gəminin uzunluğu 256 m, eni 51 m, kruiz məsafəsi 16 000 dəniz mili, maksimal sürəti isə 15 düyündən çoxdur.

Gəmi öz göyərtəsində müxtəlif yükləri, o cümlədən dənizdə neftin kəşfiyyatı və işlənməsi üçün avadanlıq, külək və atom elektrik stansiyalarının hissələri, polad konstruksiyalar və ya iri gəmilərin hissələrini daşıya bilər.

Seçilən
3
3
avtosfer.az

4Mənbələr