AZ

Həlak olanların cənazələri yaxın zamanda Bakıya gətiriləcək - RƏSMİ


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC qəzaya uğrayan təyyarə ilə bağlı birgə məlumat yayıb.

Lent.az xəbər verir ki, birgə məlumatda “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcəyi bildirilir.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.


Seçilən
12
49
news24.az

10Mənbələr