AZ

Embraer Azərbaycana əməkdaşlıq təklifi edib

Təyyarəqayırma şirkəti Embraer, Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları”na məxsus Embraer-190 təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın hakimiyyət orqanları və müvafiq strukturlarla əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə şirkətin bəyanatına bildirilib. 

"Düşüncələrimiz və başsağlığımız hadisədən təsirlənən ailələrə, dostlara, həmkar və yaxınlara yönəlib. Biz vəziyyəti izləyirik və tamamilə müvafiq hakimiyyət orqanlarına dəstək verməyə hazırıq,” -  bəyanatda qeyd olunub.

Dekabrın 25-də  Azerbaijan Airlines aviaşirkətinə məxsus, Bakıdan Qroznıya uçan Embraer təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
 
Təyyarədə 67 nəfər olub: onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşıdır. Son məlumata görə, qəza nəticəsində 38 nəfər həlak olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 26 dekabr 2024-cü il Azərbaycanda aviasiya qəzasında həlak olanların xatirəsinə matəm günü elan edilib.
 
N.Təbrizli

www.anews.az
Seçilən
18
anews.az

1Mənbələr