Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.
Ailəsinin sözlərinə görə, xəbəri eşidəndə şok keçiriblər. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.
Medianews.az xəbər verir ki, Zülfüqar Əsədovun oğlu Nurlan Sərdarzadə İTV-yə bildirib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.
Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.
Ətraflı süjetdə: