AZ

BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib

BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.

O bildirib ki, faciə ilə bağlı A.Quterreşin tezliklə başsağlığı məktubu paylaşılacaq.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Seçilən
2
8
musavat.com

10Mənbələr