Çin ölkədə doğum səviyyəsini artırmaq üçün kampaniyaya başlayıb. Subaylar müxtəlif yollarla evlənməyə, ailələr isə birdən çox uşaq sahibi olmağa çalışırlar.
Redaktor.az xəbər verir ki, "Financial Times" (FT) həvəsləndirmə tədbirlərinin həm yerli, həm də milli səviyyədə həyata keçirildiyini yazıb.
Yerli məmurlar evli qadınlara zəng edərək uşaq sahibi olmaq planlarını soruşurlar. Məqalədə qeyd olunur ki, bəzi qadınlar sonradan sağlamlıqlarını yoxlamaq üçün antenatal klinikalara dəvət olunublar. Artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşağın doğulması üçün xüsusi müavinət verilir.
Məlumata görə, ölkədəki universitetlər subay tələbələr üçün “evlilik və sevgi kursları” açmalıdır.
Sevinc İBRAHİMZADƏ