AZ

"Pilotlarla səhər görüşdük, danışıb-güldük" - AZAL rəsmisi (VİDEO)

“İqor kapitanı uşaqlıqdan tanıyıram. Atamla bir yerdə Yak-40 təyyarəsində işləyirdi”.

"Unikal" xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların Təhlükəsizliyi İdarəsinin rəis müavini Fərhad Nəsirov deyib.

“Kalyaninov Aleksandr bizim Milli Aviasiya Akademiyasının məzunudur. Reysdən öncə səhər brifinq otağında hər iki pilotla görüşmüşdük. Əhval-ruhiyyələri yaxşı idi. Bir az danışdıq, güldük. Mən Moskvaya uçurdum. Orada mənə məlumat verdilər. Əfsuslar olsun ki, belə bir faciə baş verib”, - deyə F.Nəsirov bildirib.

Seçilən
9
50
unikal.az

10Mənbələr