AZ

Yeni sponsor tapan klub keçmiş baş məşqçisini geri qaytardı - SON DƏQİQƏ

I Liqada çıxış edən «Mingəçevir» özünə yeni baş məşqçi tapıb.

Ədahim Niftəliyevlə yolları ayıran «işıqçılar» Azər Həşimovla anlaşıb.

Əvvələr də bu komandanı çalışdırmış yerli mütəxəssislə 6 aylıq müqavilə şərtləri razılaşdırılıb.

Şəhərin eyniadlı təmsilçisi çempionatın 11 turunda 6 xal toplayıb. Onlar 2024-cü ili turnir cədvəlinin 10-cu pilləsində başa vurub.

Yeri gəlmişkən, «Mingəçevir»in uzun illərdir davam edən sponsor qayğısı başa çatıb. AFFA I Liqada mübarizə aparan klubu

ASTA-nın ((Azerbaijan Sport Talents Academy) himayəsinə verib.

Bununla bağlı federasiya və şirkət rəhbərliyi arasında aparılan danışıqlar tam yekunlaşıb. Razılıq hələlik qeyri-rəsmi formada əldə olunub.

Yanvarda İcraiyyə Komitəsinin iclası keçiriləcək və məhz həmin toplantıda qərar açıqlanacaq.

ASTA-nın təmsilçiləri artıq klubun başçısı Ayaz Əliyevlə görüşüb və təhvil-təslim prosesini başladıb. İqtisadiyyat Nazirliyində mühüm vəzifə tutan Əliyev «Mingəçevir»in maliyyə hesabatını qarşı tərəfə təqdim edib.

ASTA «Mingəçevir» ilə bağlı uzunmüddətli fəaliyyət proqramı hazırlayıb. Onun nümayəndəsi İcraiyyə Komitəsinin son yığıncağında iştirak eləyib və layihə barədə məlumat verib.

SPORTİNFO.AZ

Seçilən
0
1
sportinfo.az

2Mənbələr