Bakı. Trend:
Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 41, əvvəlkidövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, ocümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.