AZ

6 bankda mümkün zərərlər üçün ehtiyatlar azalıb

Bu ilin üçüncü rübünün nəticələrinə əsasən banklar arasında aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ən çox vəsait "Kapital Bank" və "Beynəlxalq Bank" ASC tərəfindən ayrılıb.

Teleqraf.com Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir ki, "Kapital Bank"ın aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayırmaları 101,3 milyon manat təşkil edir.

"Beynəlxalq Bank"da bu rəqəm 84,4 milyon manatdır.

Hesabat dövründə "Azərbaycan Sənaye Bankı", "Bank VTB", "Bank of Baku", "Premium Bank", "Xalq Bank" və "Yelo Bank"ın aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayırmaları azalıb.

Belə ki, "Azərbaycan Sənaye Bankı" üzrə bu rəqəm - 02, "Bank VTB"də - 1,9, "Bank of Baku"da - 3,3, "Premium Bank"da - 0,1, "Xalq Bank"da -1,6, "Yelo Bank"da - 4,5 milyon manatdır.

Qeyd edək ki, ehtiyatlar bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.


Müəllif: Teleqraf.com
Seçilən
4
teleqraf.com

1Mənbələr