Qusar rayonunda payızlıq taxıl səpini başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2025-ci ilin məhsulu üçün rayonda 19 min 710 hektar sahəyə payızlıq taxıl səpilib. Bunun 10 min 650 hektarı buğda, 9 min 60 hektarı isə arpa sahələridir.
Qeyd edək ki, Qusar rayonunda son illər bağçılıq sahəsinin sürətli inkişafı taxıl sahələrinin azalması ilə müşayiət olunur.
2016-cı ildə rayonda 28 min hektar payızlıq əkin sahəsi mövcud idisə, 2024-cü ilin məhsulu üçün rayonda 23 min hektar taxıl əkini sahəsi olub.
Fermerlər daha çox gəlir gətirən bağçılığa diqqəti artırıblar. Son illər rayon ərazisində kütləvi şəkildə intensiv və superintensiv bağlar salınır.
DOĞRU.AZ