AZ

Hökumə Əliyevanın ürəkdağlayan VİDEOsu

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlar arasında ekipaj üzvləri də yer alıb.

İNFOAZ  xəbər verir ki, onlardan biri də qəhrəman təyyarə bələdçisi Hökümə Əliyevadır.

Qəza anında təyyarənin içindən yayımlanan videoda Hökümə Əliyevanın titrək səsi gəlir: “Hər şey yaxşı olacaq…”

O, həyəcanını gizlədə bilməsə də sərnişinlərə təmkinli olmağı tövsiyə edir, onları təlimatlandırır. O, uçuş heyətinin əsl fədakarlıq simvoluna çevrilərək, vəzifə borcunu son anadək yerinə yetirib.

Hökümə Əliyevanın qəhrəmanlığı sosial şəbəkələrdə və mediada geniş əks-səda doğurub. Şəhid təyyarə bələdçisi həmkarları və vətən üçün əsl şərəf simvoludur.

Musavat.com Hökumə Əliyevanın xeyli əvvəl xarici səfərlərdən birində çəkilmiş videosunu təqdim edir. “Hər şey yaxşı olacaq”, deyən yaxşı qızın həzin hekayəsi.

Allah rəhmət eləsin!

 

Seçilən
9
5
infoaz.ws

10Mənbələr