AZ

Qəzanın səbəblərini araşdırmağa bu ölkə də qoşulur

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır və orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana gəliblər.

Məlumata görə, hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və təyyarənin düşdüyü ərazidə araşdırmalar aparır. Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və “Kazaeronaviqasiya” respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edib.

Əvvəlki brifinqdə Bozumbayev qəzanın səbəbləri ilə bağlı tələsik nəticələrə gəlməyib və mütəxəssislərin onları anlamalı olduğunu qeyd edib. O vurğulayıb ki, təyyarə Qazaxıstanda qəzaya uğradığından respublikanın səlahiyyətli orqanları hadisəni araşdıracaq.

Aynurə

Seçilən
7
news24.az

1Mənbələr