Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin dekabrın 27-də Qazaxıstana səfəri gözlənilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.
"Nəqliyyat Nazirliyi Azərbaycan hökuməti ilə birgə işləyir. Sabah Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin gəlişi gözlənilir. Tupkaraqan rayonunda yerli miqyaslı texnogen xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib", - məlumatda bildirilib.