Ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında layiqli mövqeynin olmasını göstərir. Təbii ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Yəni, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar qazınıldı. Hazırda isə kurs Prezident İlham Əliyev tərəfindən daha uğurla davam etdirilir.
Məhz 2024- cü ilin dekabrın 24-də keçirilən ilin idman yekunlarına həsr olunan mərasimdə ölkəmizin başıçsı idmançılarla görüşüb. Xatırladaq ki, Prezident İlham Əliyev bu görüşünü öz doğum günündə keçirib və bu da ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir. Sözügedən görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik etdi. Bildirdi ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və ümümilikdə Azərbaycan idman dövləti kimi öz nüfuzunu müxtəlif beynəlxalq yarışlarda yüksəldir.
2024-cü ilin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan idmançları uğurla çıxış ediblər. Qeyd edək ki, ölkəmiz i 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Həmin göstərici idmanımızın tarixində ən yaxşı göstəricidir. Yəni, ümumilikdə 200 –dən çox milli komandanın iştirak etdiyi Beynəlxalq Olimpiya Oyunlarında 30-cu sırada qərarlaşmaq böyük uğurdur.
Xüsusilə İslam ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Azərbaycanın olimpiya komandası ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Prezident İlham Əliyevin idmançılarla görüşündə vurğulanıb ki, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Hazırda sağdaş dünyada gedən proseslərin göz qabağında olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, «Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik».
Ölkəmizin başçısı mərasimdəki çıxışında gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin.
Ölkəmizin başçısı görüşdə vurğulayıb ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər: « Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.»
İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Cənab İlham Əliyevin 21 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, eyni zamanda, xarici ölkələrin idman mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatını sədri