Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib...
Poliqon xəbər verir ki, bu barədə təşkilatın Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
"Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda qeyd olunub.
Poliqon.info