AZ

Tramp Kanadanın ABŞ ilə birləşəcəyi təqdirdə vergiləri azaldacağını vəd edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandıraraq ölkənin ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə vergiləri 60 faizdən çox azaldacağını vəd edib.

Xezerxeber.az xəbər verir ki, Donald Tramp bu təklifi sosial şəbəkə hesabında yerləşdirdiyi Milad təbrikində yazıb.

“Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək olsun. Orada vətəndaşların vergiləri çox yüksəkdir. Kanada ABŞ-nin 51-ci ştatı olsa, vergilər 60 faizdən çox azalacaq, biznes ikiqat artacaq və onlar dünyanın hər bir ölkəsindən daha çox müdafiə olunacaq”, - deyə Ağ evin gələcək rəhbəri bildirib.

Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti “Panama kanalını qayğı ilə, lakin qeyri-qanuni idarə edən Çin əsgərlərinin” də bayramını təbrik edib. Donald Tramp, həmçinin Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün lazım olan və “ABŞ-nin tərkibinə keçmək istəyən” Qrenlandiyanı da unutmayıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp dəfələrlə Kanadanın Baş naziri Castin Trüdonu “böyük Kanada ştatının” qubernatoru adlandırıb. O, həmçinin Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmayacağı təqdirdə ABŞ-nin ona nəzarəti geri qaytarmağa çalışacağını bəyan edib. Siyasətçi Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi barədə ideyanı da ortaya atıb.

Seçilən
1
5
xezerxeber.az

6Mənbələr