AZ

Soğan, sarımsaq, kartof və bananı soyuducuda saxlamaq təhlükəlidir

Məşhur hindistanlı dietoloq Janvi Sanqvin bəzi tərəvəz və qida məhsulları ilə bağlı maraqlı fikirlər sələndirib. Daily Mail-in yaydığı məlumata görə, o, soğan, sarımsaq, kartof və bananın soyuducuda saxlanmasını məsləhət bilməyib. Bu, məhsulların xarab olmasına və faydalı xüsusiyyətlərini itirməsinə səbəb ola bilər.  

Həkimin sözlərinə görə, soğan və sarımsağı sərin, qaranlıq və quru yerdə, məsələn, şkafda saxlamaq lazımdır. Soyuducuda yüksək rütubət bitkilərin cücərməsinə və dadını itirməsinə səbəb ola bilər. Həmçinin, soğan və sarımsaq sağlamlıq üçün təhlükəli olan kiflə örtülə bilər.

"Kartof soyuducuya uyğun olmayan başqa bir qidadır. Sanqvi izah edib ki, o, soyuduqda nişasta şəkərə çevrilir. Bu isə da tərəvəzlərə daha şirin dad və dənəli tekstura verir. Belə "modifikasiya" olunmuş kartofları yüksək temperaturda bişirmək isə xərçəng riskinin artması ilə əlaqəsi olan potensial zərərli birləşmə -akrilamid yarada bilər",- nəşr yazıb.

Tural

Seçilən
12
news365.az

1Mənbələr