AZ

Deputat qəzaya düşən 15 balakənlinin ailəsilə təmasdadır – AÇIQLAMA

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.

Təyyarədəki sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağdır.

Qəzaya uğrayan azərbaycanlılardan 15 nəfəri Balakən rayonunun sakinidir.

AzEdu.az xəbər verir ki, Modern.az saytının əməkdaşı Balakən rayonundan seçilmiş deputat Nəsib Məhəməliyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib ki, ona yardım üçün müraciət edilməyib:

“Əvvəla, Allah qəzada dünyasını dəyişənlərə rəhmət eləsin. Doğrudan da, böyük faciədir. Bu aviaqəzada bütün Azərbaycan xalqı sarsıldı. İndiyə qədər olan məlumata görə, təyyarədə olan azərbaycanlılardan 15 nəfəri Balakən sakini olub. Onlardan 7-si vəfat edib. Mən və köməkçim daim əlaqədəyik. Konkret bilinir ki, hansı kəndlərin sakinidir. Mənə konkret olaraq, məsələ ilə bağlı heç bir müraciət edilməyib. Mətbuatdan və dövlət qurumlarından aldığım məlumatlar əsasında öz fəaliyyətimi qururam. Hadisə ilə əlaqədar həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən operativ olaraq, “qaynar xətt” yaradılıb. Həlak olanların yaxınları, qohumları “qaynar xətt” vasitəsi ilə əlaqə saxlayırlar. Hər hansı yardıma, tədbirlərə ehtiyac olacaqsa, təbii ki, hər zamankı kimi reklam etmədən bunları həyata keçirəcəm”.

N.Məhəməliyev Balakənə nə vaxt gedəcəyi barədə də məlumat verib:

“Balakənə getməyim hadisədən asılıdır. Sabah Milli Məclisin plenar iclasıdır. Mən orada olmalıyam. Əgər bu hadisə ilə bağlı məsələlər operativ qaydada yeni ilə qədər həll olunsa, gedə bilərəm”.

Seçilən
2
2
moderator.az

3Mənbələr