DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının “TikTok” əməliyyatları nəticəsində saxlanılan daha iki nəfər həbs edilib.
Mia.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi açılıb.
“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.
MİA.AZ