2024-cü ildə Qazaxıstan ordusu 100-dən çox döyüş maşını və təyyarəsini xidmətə qəbul edib.
Editor.az xəbər verir ki, bunu Respublika Müdafiə Nazirliyindən bildiriblər. Bundan əlavə, Qazaxıstan Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrini də almaq niyyətindədir. Əvvəlcə ordunun pilotsuz təyyarələrlə təchiz edilməsi, daha sonra isə Qazaxıstanda istehsalına başlanması planlaşdırılır. Qazaxıstanın müdafiə naziri Ruslan Jaksylykov PUA-ların tədarükü məsələsini istehsal edən “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktarla müzakirə edib.
Onlar İstanbulda “Saha Expo”da tanış olublar. Qazaxıstanın hərbi nümayəndə heyəti Türkiyənin “Havelsan” (müdafiə sektoru üçün elektron avadanlıq və proqram təminatı istehsal edir), “Aselsan” (hava, quru və dəniz qüvvələri üçün məhsullar) və silah istehsalçısı “Transvaro “şirkətlərinin fabriklərində də olub.
Danışıqlar nəticəsində Baykarın Qazaxıstana hərbi sınaqlar üçün pulsuz olaraq Bayraktar Kalkan, Bayraktar Mini pilotsuz təyyarələri və “Mosquito-X” döyüş sursatlarını tədarük edəcəyinə dair protokol imzalanıb. Nə qədər cihazın təhvil veriləcəyi və hansı müddət ərzində veriləcəyi bildirilmir.
//Samir Qurbanov, Editor.az