AZ

CHP lideri vətəndaşları küçələrə çağırdı – “Artıq bunu etməliyik”

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ölkə vətəndaşlarını hakimiyyətə qarşı küçə etirazlarına çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə partiyasının parlament fraksiyasının toplantısında bildirib.

“Artıq cəsarət göstərməliyik. Bələdiyyə seçkilərində ayağa qalxdıq və qalib gəldik. İndi hər kəs bu hakimiyyəti dəyişmək üçün üzərinə düşəni etməlidir. Hər kəsi mitinqlərimizə dəvət edirik. İndi küçələrə çıxıb öz hüquqlarınızı əldə etməyin vaxtıdır. Bir milyon insan meydana çıxır və rejim (hakimiyyət) dəyişir. Mən demirəm ki, meydana çıxıb rejimi dəyişək, biz meydana çıxaq, rejim onsuz da dəyişəcək. Bir milyon insan gəlib növbədənkənar seçki tələbi ilə mitinq keçirəndə, o seçki qutusunu bizdən qaçıra bilməzlər. Hədəf aydındır: vahid bir müxalifət”, - Özəl belə söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
8
teleqraf.com

1Mənbələr