AZ

Türkmənistan xarici işlər nazirinin müavini matəm günü ilə bağlı Azərbaycan Səfirliyində olub

Bakı, TurkicWorld

Türkmənistan xarici işlər nazirinin müavini, Prezident Administrasiyasının dövlət prtokolu və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sərdar Muhammeddurdiyev "Azərbaycan Hava Yolları"nın sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycanın Türkmənistandakı Səfirliyində olub.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, S.Muhammeddurdiyev ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlova təyyarə qəzası ilə əlaqədar Türkmənistan tərəfinin başsağlığını çatdırıb.

S.Muhammeddurdiyev Səfirlikdə açılımış başsağlığı kitabında ürək sözlərini yazıb, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığını ifadə edib.

Seçilən
1
3
turkic.world

4Mənbələr